"Sabah"dan Çempionlar Liqasında İLK QƏLƏBƏ

İDMAN
22:40 / 13.10.2026
157

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilib.

Hit.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” turnirdə ilk ev oyununa çıxıb. Azərbaycan çempionu Praqa “Slaviya”sını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən matçı avstriyalı hakimlər idarə edib. Görüş "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub. 

 

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, II tur

13 oktyabr

20:45. “Sabah” (Azərbaycan) - “Slaviya” (Çexiya) - 2:0

Qollar: Kahim Perris, 49, Coy Lens Mikels, 88

0