"Tesla"nın qazancı 44% azaldı

AVTO
13:04 / 20.10.2023
1122

ABŞ-ın məşhur elektrikli avtomobil istehsalçısı "Tesla"nın gəlirləri azalıb.

HİT.az xəbər verir ki, şirkətin cari ilin üçüncü rübündəki mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 44% azalıb.

Şirkətin xalis mənfəəti sözügedən dövrdə 1,9 milyard dollar olub. Keçən ilin eyni dövründə isə bu rəqəm 3,3 milyard dollar idi. Şirkət 2023-cü ilin üçüncü rübündə qlobal miqyasda 430 min 488 avtomobil istehsal edib. 

Buna səbəb olaraq "Tesla"nın dünya miqyasında avtomobillərinin qiymətlərinə endirimlər tətbiq etməsi olub. Bildirilib ki, şirkətin əsas hədəfləri dəyişməyib və yeni layihələrə investisiyalar yatırılmağa davam edəcək. 

Pərviz

0