Türkiyədə yeni avtomobil istehsal olunub.
HİT.az xəbər verir ki, sözgedən elektrikli avtomobil "Amperino" adlanır.
Həmin avtomobilin Bursa şəhərində "Go Green Türkiyə" sərgisində təqdimatı keçirilib. "Amperino" 150 kilometr məsafə qət edə bilir. Lakin kütləvi istehsalın başlamasından sonra bu göstərici 200 kilometrə qədər artırılacaq.
Bu avtomobil də "Togg" kimi 100% Türkiyənin yerli istehsalı olaraq diqqət çəkir. Üstəlik, "Amperino"nu idarə etmək üçün 18 yaşın tamam olması və avtomobil sürmək üçün sürücülük vəsiqəsi tələb olunmayacaq. 16 yaşına çatan və motosiklet idarə etmək üçün vəsiqəsi olan hər kəs sözügedən elektromobili sürə biləcək.
Şirkət 2025-ci ildən etibarən kütləvi istehsala başlanılacağını açıqlayıb. Avtomobilin dəyəri isə 500 min lirə olacaq.
Pərviz