"Tesla" avtomobillərində internet olacaq

AVTO
10:13 / 23.11.2023
821

ABŞ-ın məşhur elektromobil istehsalçısı "Tesla" növbəti yeniliyi ilə müştərilərini sevindirib.

HİT.az xəbər verir ki, "Model Y" avtomobillərində "Wi-Fi" olacaq.

"Tesla" bir çox ölkədə müştəriləri üçün premium qoşulma variantını aktivləşdirib. Bununla da "Model Y"nin internet bağlantısı aktivləşdirilə bilər.

Şirkət avtomobilləri üçün iki paket təklif edir: “Standart” və “Premium”. "Standart" paketdə "Wi-Fi" bağlantısı vasitəsilə naviqasiya xidməti təmin edilir. "Premium" paketdə də daha inkişaf etmiş xüsusiyyətlər var. Burada isə naviqasiya sisteminə əlavə olaraq, canlı trafik vizualizasiyası, video axını dəstəyi, musiqiləri onlayn dinləmə və internet brauzeri kimi xüsusiyyətlər daxildir.

Pərviz

0