Məşhur modelin istehsalı dayandı

AVTO
10:52 / 24.11.2023
761

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Audi" gözlənilməz addım atıb.

HİT.az xəbər verir ki, əfsanəvi "Audi TT" modelinin istehsalı dayandırılır.

Sözügedən model 1995-ci ildə istehsal olunub və 3 il sonra kütləvi istehsala başlanılıb. Təxminən 26 il ərzində həmin avtomobildən 662 min 762 ədəd istehsal olunub. 

Son zamanlarda avtomobil istehsalçıları sürətli şəkildə elektromobillərə keçid edirlər. "Audi"nin də bu tendensiyaya uyğunlaşmağa çalışdığı görünür. Belə ki, "Audi" rəsmiləri "TT" modelinin gələcəkdə elektromobil versiyasını istehsal etməyi düşünürlər. 

Pərviz

0