Sürücüsüz taksi geri qayıdır

AVTO
10:51 / 27.11.2023
771

ABŞ-ın elektromobil markalarından olan "Cruise" fəaliyyətini bərpa edib.

HİT.az xəbər verir ki, qəzaların ardından fəaliyyətini dayandıran şirkət sürpriz qərarla geri qayıdır.

Rəhbərliyi dəyişən şirkət yenidən avtonom taksi xidməti göstərəcək. Onun hələ ki, sadəcə 1 şəhərdə fəaliyyət göstərəcəyi açıqlanıb. 

Qeyd edək ki, sürücüsüz taksi xidməti göstərən "Cruise" avtomobillərinin ardıcıl qəzalar yaşamasının ardından lisenziyasına xitam verilmiş və fəaliyyəti dayandırılmışdı.

Pərviz

0