Bu avtomobil Şimal qütbündən Cənub qütbünə getdi - İLK DƏFƏ

AVTO
10:36 / 19.12.2023
857

Şotlandiyalı sürücü Kris Ramsey və həyat yoldaşı Culi "Nissan Ariya" modeli ilə maraqlı səyahətə çıxıblar.. 

HİT.az xəbər verir ki, cütlük təxminən 9 aylıq səyahətdən sonra tam elektrikli modellə qütblərarası səyahətini başa vurublar.

Onlar, dekabr ayında 9 aylıq səyahətdən sonra 27 min kilometr yol qət edərək Cənub qütbünə çatmağı bacarıb. Cütlük avtomobili enerji ilə doldurmaq üçün günəş panellərindən istifadə ediblər.

Bununla da ilk dəfə olaraq bir avtomobil Şimal qütbündən Cənub qütbünə getməyə nail olub.

Pərviz

0