Avropanın ən çox satılan avtomobili BƏLLİ OLDU

10:42 / 22.01.2024
908

Ötən il Avropada ən çox satılan avtomobil markası bəlli olub.

Hit.az xəbər verir ki, "Tesla Model Y" bu uğura nail olub.

Beləliklə, ilk dəfə olaraq bir elektromobil Avropada ən çox satılanlar siyahısında zirvədə yer alıb. Sözügedən model 2023-cü ildə 252 min 822 ədəd satılıb. 

2022-ci ildə isə "Tesla Model Y" 137 min 608 ədəd satılmışdı. Yəni 2023-cü ildəki satışlarda 84 faiz artım yaşanıb. 

Ekspertlər bildirirlər ki, "Tesla"nın qiymətləri kəskin ucuzlaşdırması buna səbəb olub.

Pərviz

0