Yeni hibrid modelin qiyməti və FOTOLARI

AVTO
10:04 / 30.08.2024
1167

Çinin "MG" brendi sevilən modeli "ZS"-nin yenilənmiş versiyasını təqdim edib.

Hit.az xəbər verir ki, yeni hibrid modelin "Hyundai Kona"ya rəqib olacağı deyilir.

"MG ZS" hibrid mühərrikə sahib olacaq. Avtomobil 101 at gücünə malik 1,5 litrlik dörd silindrli benzin mühərrikinə malikdir. Həmçinin, avtomobildə arxa oturacaqların altında yerləşən elektrik mühərrik də var. İkisi gücünü toplamda 194 at gücünə qədər arta bilər. Sözügedən model 0-dan 100 kilometrə isə 8,7 saniyəyə çatır. 

Qeyd edək ki, şirkət "Trophy" adını verdiyi modeli 25 min funt sterlinqdən satışa çıxarıb. Sifarişləri qəbul edilən avtomobillər cari ilin oktyabr ayında sahiblərinə təhvil veriləcək. 

Pərviz

0