"Volkswagen"in yeni modeli neçəyədir? - ŞOK QİYMƏT

AVTO
13:19 / 16.09.2024
840

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" "Taos" adlı yeni modelini təqdim edib.

Hit.az xəbər verir ki, əslində "Tharu" adı ilə də tanınan modelin 6 yaşı var, amma bu, ən son versiyasıdır.

Avtomobil 1,5 L mühərrikə sahibdir. Modelin 176 at gücündə olduğu açıqlanıb. "Taos" geniş alıcı kütləsinə çata bilmək üçün müxtəlif rənglərdə satışa çıxarılacaq. Sözügedən modellər artıq 7 pilləli DSG sürət qutusu əvəzinə 8 pilləli transmissiyaya keçid edib. 

Avtomobilin içərisində 6.5 düymlük multimedia ekranı yeni 8 düymlük panellə əvəz edilib. Həmçinin, iqlim nəzarətləri yenilənib və "T-Roc" kimi mövcud yolsuzluq avtomobilləri ilə eyni şəkildə yerləşdirilib. Bundan başqa, avtomobilin LED işıqları da ona xüsusi gözəllik atdığını vurğulaya bilərik. Ümumiyyətlə, mütəxəssislər bu avtomobilin əvvəlki modellərdən daha güclü və innovativ olduğunu deyirlər. 

Qeyd edək ki, "Volkswagen Taos"un qiyməti hələlik açıqlanmayıb. Buna baxmayaraq, onun 25 min 420 dollardan satışa çıxarılacağı proqnozlaşdırılır.

Pərviz

0