"Mazda" yeni modelini təqdim etdi, maraqlı kampaniya başlatdı

AVTO
11:26 / 17.09.2024
675

Yaponiyanın avtomobil istehsalçısı "Mazda" "CX-80" adlı yeni SUV modelini təqdim edib.

Hit.az xəbər verir ki, avtomobildə 7 kreslonun olması diqqət çəkir.

"CX-80" iki versiyaya sahibdir. 332 at gücündə olan model 2,5 L mühərrikə malikdir. 252 at gücündə olanı isə 3,3 litrlik mühərriklə təchiz olunub. 

Qeyd edək ki, "Mazda CX-80"nin qiyməti 61 min 235 dollardan satışa çıxarılacaq. Üstəlik, 30 sentyabra qədər verilən sifarişlər üçün bəzi bonusların olacağı bildirilir. 

Həmçinin, Avropada maraqlı bir kampaniya da mövcuddur. Belə ki, mövcud avtomobilinizi dəyişdirmək istəsəniz 1500 avro endirim olunur. Bundan başqa, "Mazda" sözügedən modeli kreditlə əldə etmək istəyənlərə güzəştlər ediləcəyini də bəyan edib. 

Pərviz

0