"Peugeot" yeni modelini təqdim edib - FOTOLAR

AVTO
11:25 / 03.10.2024
836

Fransanın avtomobil brendi "Peugeot" yeni "E-408" modelini təqdim edib.

Hit.az xəbər verir ki, sözügedən avtomobil 210 at gücündədir.

"E-408" 410 kilometrə qədər mənzil təklif edir. Bu avtomobil tək mühərrik və akkumulyator seçimi ilə buraxılacaq. Modelin uzunluğu 4.69, eni 1.85, uzunluğu isə 1,49 metrdir.

Avtomobildə eko, normal və idman adlı üç fərqli sürüş rejimi var. Bu rejimlərlə avtomobilin çıxış gücünü 170 ilə 210 at gücü arasında dəyişmək mümkündür. Eyni şəkildə, regenerativ əyləc sisteminin üç fərqli rejimi olacaq.

Qeyd edək ki, sözügedən elektromobil 30 dəqiqə ərzində 20 faizdən 80 faizə qədər enerji yığa bilir. Üstəlik, 10 dəqiqəlik şarjla 100 kilometr məsafə qət etmək olur.

Pərviz

0