Rumıniyanın avtomobil istehsalçısı "Dacia" yeni modelini təqdim edib.
Hit.az xəbər verir ki, sözügedən model "Bigster" adlanır.
Üstəlik, bu avtomobil "Dacia"nın indiyə kimi istehsal etdiyi ən böyük modeldir. "Bigster" Rumıniyadakı əsas fabrikində istehsal olunacaq. Avtomobilin satışları isə 2025-ci ilin ikinci yarısında başlayacaq.
Markanın flaqmanı olacaq avtomobil "Toyota RAV4", "Ford Kuga" və "Honda CR-V" kimi məşhur modellərlə rəqabət aparacaq. Avtomobil 4 fərqli mühərriklə satışa çıxarılacaq. Mühərrik həcmi isə 1,2 litrdir. Model 140 at gücündə olacaq.
Qeyd edək ki, "Dacia Bigster"in qiyməti hələlik məlum deyil.
Pərviz