Çinin avtomobil brendi "Jaecoo"nun yeni modeli Avropada satışa çıxarılacaq.
Hit.az xəbər verir ki, söhbət "Jaecoo 5" (J5) adlı modeldən gedir.
Avtomobilin elektrikli və hibrid modelləri də satışda olacaq. "J5" Avropada 3 fərqli mühərriklə təqdim olunacaq. 1,6 litrlik mühərrikə sahib model 147 at gücündə olacaq. Tamamilə elektriklə işləyən versiyası isə 150 kVt güc istehsal edə biləcək. Avtomobil 67 kWh batareyaya da sahib olacaq.
Qeyd edək ki, "Jaecoo 5"-in Avropada satış qiymətinin təxminən 30 min avro dəyərində olması gözlənilir. Avropadakı satışların 2025-ci ildə başlayacağı açıqlanıb.
Pərviz