"Xiaomi"nin idman avtomobilinin qiyməti və satış tarixi BƏLLİ OLDU

AVTO
11:02 / 19.11.2024
705

Çinin "Xiaomi" şirkəti yeni elektromobil üzərində çalışır.

Hit.az xəbər verir ki, "SU7"-nin yeni modeli istehsal olunacaq. 

Yeni idman elektromobili "SU7 Ultra" adlanacaq. Sözügedən avtomobilin 2025-ci ilin mart ayında satışa çıxarılması gözlənilir. Onun qiyməti isə təxminən 114 min dollardan başlayır. Qısa müddət ərzində 4 minə yaxın sifariş verilib. Lakin bu avtomobil hələlik sadəcə Çində satılacaq. Gələcəkdə digər ölkələrdə satılıb-satılmayacağı isə hələ ki, məlum deyil. 

Avtomobilin göstəriciləri isə heyrətamizdir. Belə ki, "SU7 Ultra" 1548 at gücündə olacaq. 0-dan 100 kilometr sürətə isə 1,97 saniyədə belə çata bilir. 0-dan 200 kilometr sürət üçün isə cəmi 5,96 saniyə kifayət edir.  Avtomobilin maksimal sürəti də saatda 350 kilometrdir. 

Modelin ağırlığı isə 1990 kiloqramdır. Bu isə idman avtomobili üçün kifayət qədər yüngül hesab olunur. Üstəlik, "Xiaomi SU7 Ultra" 27 min 200 fırlanma sürətinə çata bilən iki "HyperEngine V8s" elektrik mühərrikinə malikdir. Bundan başqa, elektromobil 10 faizdən 80 faizə sadəcə 11 dəqiqə ərzində enerji yığa bilir. 

Pərviz

0