Rusiya dünyada heç bir dövlətin sahib olmadığı qitələrarası balistik raketini test edəcək - FOTO

DÜNYA
19:00 / 05.01.2021
782

Rusiya, prezident Putinin 2018-ci ildə bəhs etdiyi qitələrarası balistik raket "Sarmat"ı test etməyi planlaşdırır.

HİT.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, "RS-18 Sarmat" düşmənin raketdən müdafiə sistemlərini məhv etmək üçün, 10 böyük termonüvə başlığını, 16 kiçik savaş başlığını və ya hər ikisini birdən sərbəst şəkildə buraxa biləcək.

100 tonluq strateji raketin təxminən 10 min kilometrə qədər gedə biləcəyi deyilir. Raketin hissələrinin hər birinin fərqli bir hədəfi hədəfi vura biləcəyi də qeyd olunur.

Qərbdə "Şeytan" kimi tanınan "RS-28 Sarmat" raketi , dünyanın ən ağır qitələrarası ballistik raketi olan Sovet dizaynlı "SS-18 Voyevoda"nı əvəz edəcək. Raketlər həm Şimal, həm də Cənub qütblərdən hədəfləri vura bilər.

Rusiya ordusunun raket qüvvələrinin komandanı Sergey Karakayev dekabr ayında verdiyi açıqlamada, "Sarmat"ın 2022-ci ilədək hazır vəziyyətə gətiriləcəyini deyib. Raketin ABŞ-ın Texas ştatı və ya Fransa böyüklüyündə bir ərazini məhv edə biləcək gücdə olduğu bildirilir.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ilin mart ayında xalqa müraciətində "Sarmat" raketlərindən də danışmış və bu sistemlərin Cənub və ya Şimal qütblərindəki hər hansısa hədəfi vurma gücündə olacağını bildirmişdi. Rusiya prezidenti dünyada heç bir dövlətin bu tip silaha malik olmadığını da əlavə etmişdi.

2
Virtualaz.org