Türkiyə bu ölkələrlə uçuşları dayandırır

21:43 / 28.06.2021
1607

Türkiyə COVİD-19-a bağlı 6 ölkədən gələn uçuşlara məhdudiyyət tətbiq edəcək.

HİT.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qərara əsasən, Banqladeş, Braziliya, Cənubi Afrika Respublikası, Hindistan, Nepal və Şri-Lankadan Türkiyəyə uçuşlar yeni bir əmrə qədər dayandırılıb.

Bildirilir ki, son 14 gün müddətində adıçəkilən ölkələrdə olub, 3-cü bir ölkədən Türkiyəyə gələn şəxslər karantinə alınacaq.

1