Həftərə ağır zərbə: Rus hərbçiləri Liviyanı tərk edir

DÜNYA
18:06 / 25.05.2020
1164

Liviyada vətəndaş qarşıdurması davam edir. Mərkəzi hökumətə qarşı qiyam qaldırmış general Həftərin qüvvələri mövqelərini itirir.

Cebhe.info xəbər verir ki, Türkiyənin dəstək verdiyi hökumət qüvvələrinə son məğlubiyyətdən sonra Həftər düşərgəsində mərkəzdənqaçma meylləri sürətlənib. Türkiyə mediasının yaydığı məlumata görə, muzdlu rus əsgərləri Liviyanı tərk etməyə başlayıb. Bu barədə məlumatı Bin Velid şəhərinin bələdiyyə başqanı Salim Nevir verib. Onun sözlərinə görə, ruslara aid “Vaqner” qrupunun hərbçiləri ölkəni tərk edir.

“Vaqner” qrupunun hərbçilərini aparmaq üçün 3 təyyarə havaya qalxdı”-deyə, bələdiyyə sədri bildirib. Onun sözlərinə görə, hərbi təyyarələr Tərhunə şəhərində mövqe tutmuş rus hərbçilərini aparıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Tripolinin cənubundakı Tərhunə şəhərindən çıxan rus hərbçilərinin Bin Velid şəhərində doğru hərəkət etdiyinə dair görüntülər yayılıb.

0