Məşhur aktyor vəfat etdi

DÜNYA
08:25 / 02.07.2021
2086

Türkiyənin tanınmış aktyor və rejissoru, “Yeşilçam” ulduzu Kartal Tibet 83 yaşında vəfat edib.

Bu barədə aktyor Civan Canova instaqram hesabında məlumat paylaşıb.

Qeyd edək ki, 1938-ci ildə Ankarada doğulan K.Tibet 200-dən çox filmə imza atıb. “Karaoğlan” filmi ilə kino dünyasına addım atan K.Tibet “Tarkan”, “Sarmaşıq gülləri”, “Boş çərçivə”, “Zanbaqlar açarkən”, “Çalıquşu” kimi bir çox filmlərdə rol alıb.

İlk dəfə 1977-ci ildə “Tosun Paşa” filmi ilə rejissorluğa başlayan K.Tibet 56 film çəkib.

0
Qafqazinfo.az