\"Delta” ştammı üçün xüsusi vaksin hazırlanır

18:21 / 10.07.2021
1272

“Pfizer” və “BioNTech” şirkətləri koronavirusun “Delta” ştammı üçün öz peyvəndlərini təkmilləşdirmək qərarına gəliblər.

HİT.az  xəbər verir ki, bu barədə şirkətlərin yaydığı birgə bəyanatda bildirilib. Sənəddə qeyd olunur ki, yeni vaksinin ilk partiyası artıq hazırdır və onun sınaqlarına avqust ayında başlanıla bilər.

Həmçinin, bəyanatda yeni vaksinin hazır olmasınadək, COVID-in müxtəlif variantlarına qarşı ən etibarlı müdafiə üsulu kimi mövcud peyvəndin üçüncü dozasının vurulması göstərilir.

0