Türkiyənin pilotsuz döyüş təyyarəsi - FOTOLAR

DÜNYA
14:59 / 20.07.2021
1853

Türkiyənin aerokosmik sənaye qurumu olan "Baykar"ın rəhbəri Selçuk Bayraktar istehsal ediləcək yeni döyüş təyyarəsi barədə açıqlama verib.

"Report"un xəbərinə görə, o bildirib ki, yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq.

"Bundan sonrakı layihəmizin prototipləri isə səsin sürətindən çox olacaq. Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik" - o əlavə edib.

Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır.

0