Ermənistan Müdafiə Nazirliyində biabırçılıq - Generallar yumruq davası etdi

DÜNYA
11:25 / 21.07.2021
2565

Ermənistan Müdafiə Nazirliyində biabırçı hadisə yaşanıb. 

HİT.Az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahında qərargah rəisi general Artak Ddavtyan və müavini Arşak Karapetyan arasında mübahisə baş verib.

Mübahisə sonradan davaya çevrilib. Artak Davtyan əvvəlcə Karapetyana yumruq atıb. Sonra isə tərəflər bir-birlərinə stul və külqabı tullayıblar. «Joxovurd” qəzetinin yaydığı məlumata görə, sözügedən mərəkədən sonra dava dəhlizdə davam edib.

Generallar arasında baş vermiş davanın konkret səbəbi bilinmir.

VÜQAR

0