DÜNYA
12:11 / 23.07.2021
353

“Pegasus” qalmaqalı: Makron telefonunu və nömrəsini dəyişdirdi

İsrail istehsalı olan "Pegasus" casus proqramı ilə dinlənildiyi iddia edilən Fransa prezidenti Emmanuel Makron mobil telefonunu və nömrəsini dəyişdirib.

Bu barədə Fransa mətbuatı yazıb.

Məlumata görə, Makron telefon nömrələrinin "Pegasus" proqram hədəfləri siyahısında olduğunu bildikdən sonra Müdafiə və Milli Təhlükəsizlik Şurasını çağırıb.

Qeyd edək ki, Makrondan əlavə Fransada keçmiş Baş nazir, hökumət rəsmiləri və jurnalistlər də daxil olmaqla 100-dən çox insanın telefonlarının dinlənildiyi iddia olunur. (modern.az)

0