DÜNYA
09:17 / 24.07.2021
498

ÜST-dən “Delta” ştammı ilə bağlı XƏBƏRDARLIQ

"Qarşıdakı aylarda koronavirusun "Delta” ştammı dominatlığını qoruyub saxlayacaq”.

HİT.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi ilə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə yayımladığı məlumatda bildirilib.

"Mövcud tendensiyalara əsaslanaraq, "Delta” variantı yaxın aylarda dünyada hökm sürən gərginlik yaradacaq. Artıq demək olar ki, bu, bütün Avropa ölkələri üçün də müəyyənləşdirilib”, məlumatda vurğulanıb.

Hesabatda həmçinin qeyd edilib ki, daha rəqabətli virus ortaya çıxmasa, "Delta” digər ştammlardan daha çox yayılmağa davam edəcək.

0