DÜNYA
10:09 / 25.07.2021
286

Türkiyənin iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyatı aparan hərbçiləri terrorçuların hücumuna məruz qalıb.

“Fırat qalxanı” antiterror hərəkatı bölgəsində Türkiyə Ordusuna məxsus “Kirpi” zirehli hərbi maşınına edilən hücum nəticəsində iki türk hərbçi şəhid olub, ikisi yaralanıb. Yaralılar Kilis Dövlət Xəstəxanasına çatdırılıblar.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar şəhidlərin ailələrinə başsağlığı verib.

3
Qafqazinfo.az