İçki məclisində qumbara partladı

DÜNYA
09:06 / 25.10.2021
1467

Rusiyanın Braynsk vilayətinin Moskovski mikrorayonunda mənzillərdən birində qumbara partlayıb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 1992-cü il təvəllüdlü bir nəfər həyatını itirib.

Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda deyilir ki, mənzildə 4 kişi spirtli içki qəbul edən zaman partlayıcı (qumbara) işə düşüb. Hazırda hüquq-mühafiə orqanları insidentin səbəblərini araşdırır.

0