Bələdiyyə sahibsiz itləri diri-diri torpağa basdırdı - VİDEO

DÜNYA
18:32 / 28.10.2021
1288

 Sarayönü rayon bələdiyyəsinin əməkdaşları sahibsiz itləri narkotik tərkibli iynə ilə keyidiərək diri-diri basdırıb. 

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı məhkəmə və inzibati istintaq başladılıb. 

Bildirilib ki, adı açıqlanmayan vətəndaşın cib telefonu ilə lentə aldığı görüntülərdə bələdiyyə əməkdaşlarının itləri qazılmış çuxura ataraq onları basdırması əks olunub. Videodan aydın olub ki, çuxura atılacaq itlərdən biri necəsə iynənin təsirindən tez ayılaraq qaçıb.

Qeyd olunub ki, bələdiyyə okytabrın 25-dən bu yana sözügedən prosesi davam etdirirmiş.

 

0