Rusiyada tanınmış general intihar etdi

DÜNYA
13:16 / 29.10.2021
1799

Rusiya Hərbi Desant Qüvvələrinin qərargah rəisinin keçmiş birinci müavini general-mayor Anatoli Belyanin intihar edib.

Hit.az xarici KIV-ə istinadən xəbər verir ki,  hadisə Moskva ətrafında yerləşən İvanteyevka şəhərində öz evində baş verib. 

Məlumatda bildirilib ki, Belyanin son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Belyaninin adı 1994-cü ildə qətlə yetirilən jurnalist Dmitri Xolodovun cinayətində şahid kimi keçirdi. Jurnalist Rusiya ordusundakı maxinasiyalar, xüsusilə, rus ordusunun çeçenlərlə qanunsuz silah ticarətini araşdırırdı.

0