Rusiyada xüsusi təyinatlını öldürən ermənilərin cəzası bəlli oldu

DÜNYA
08:58 / 30.10.2021
1327

Moskva Vilayət Məhkəməsində 2019-cu ilin yayında Krasnoqorsk rayonunda baş vermiş kütləvi davanın doqquz iştirakçısına 6 ildən 22 ilədək həbs cəzası istənilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən şəxslərdən birinin vəkili Narek Kostanyan məlumat verib. 

“Xuliqanlıqda ittiham olunan şəxslərə 6 il, qətl törətməkdə təqsirləndirilən şəxslərə - iki qardaşa isə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib”, - deyə Kostanyan bildirib. 

Onun sözlərinə görə, tərəflərin məhkəmədəki arqumentləri hələ bitməyib və noyabrın 8-nə təyin olunan növbəti iclasda təqsirləndirilən şəxslər çıxış edəcəklər. Bundan sonra məhkəmə təqsirləndirilən şəxslərin son sözünü dinləyəcək və hökm elan olunana qədər müşavirə otağına çəkiləcək. Moskva vilayət məhkəməsində qətllə bağlı məhkəmə prosesi 2020-ci ilin dekabrında başlayıb.

Təqsirləndirilən şəxslər rolundan və iştirakından asılı olaraq “Qətl”, “Öldürməyə cəhd” və “Xuliqanlıq” maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, 2019-cu il iyunun 2-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlısı Nikita Belyankin Krasnoqorskda kafelərin birində dalaşanları ayırmağa cəhd edərkən ürək nahiyyəsindən ölümcül yaralanıb və bir neçə dəqiqə ərzində dünyasını dəyişib. Faktla bağlı 11 nəfər saxlanılıb ki, onlardan 9-u barəsində istintaq başladılıb. Artur Akobyan, Sergey Xocoyan, Hamlet və Hrant Ayrapetyan, David Yeqiazaryan, Suren Markosyan, Rudik Manukyan, Saak Saakyan və Narek Stepanyan haqqında cinayət işi açılıb. 

0