Alimlər matalafini "möcuzəvi bitki" adlandırdılar - SƏBƏB

DÜNYA
23:50 / 05.11.2021
1538

Yeni Zelandiyanın Vellinqton Viktoriya Universiteti və Samoa Elmi Tədqiqat Təşkilatının alimləri Sakit Okeanın cənubundakı Samoa adasında tez-tez bitən Matalafi adlı bitkini tədqiq ediblər.

Unikal.org xəbər  verir  ki,  adada demək olar ki, hər bir evin bağçasında təbii şəkildə bitən, ağ çiçəkləri və qırmızı xırda meyvələri olan 2 metr uzunluğundakı bitkidən yerli əhali uzun müddətdir ki, bir çox xəstəliklərin müalicəsində istifadə edir.

Elmi adı "Psychotria insularum" olan matalafi bitkisinin parkinson, diabet, ürək xəstəlikləri və bəzi xərçəng növlərinin müalicəsində də potensial ola biləcəyi bildirilib. Bununla yanaşı,alimlər matalafini "möcuzəvi bitki" adlandırıblar.

Belə  ki, matalafinin yarpaqlarını əzməklə əldə edilən su; qızdırma, bədən ağrıları, şişkinliklər, yaralar, sidik qaçırma, dəri infeksiyaları, qusma, tənəffüs yolu infeksiyaları və qarın narahatlığı ilə əlaqəli iltihabı müalicə etmək üçün geniş istifadə edilir.

Alimlər bildirdilər ki, bitkinin aktiv tərkib hissəsi bədəndəki dəmirlə qarşılıqlı təsir göstərərək yuxarıda qeyd olunan xəstəlikləri müalicə edir. Bu xüsusiyyəti sayəsində matalafi bitkisinin xərçəng, neyrodegenerativ xəstəliklər (Parkinson kimi), diabet və ürək xəstəliklərinin müalicəsində potensiala malik olduğu vurğulanıb.

0