ABŞ dövlət katibi: “Rusiya Ukraynaya qarşı hücuma hazırlaşır”

DÜNYA
23:40 / 17.02.2022
729

ABŞ-ın dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransına getmədən öncə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı “Rusiyanın sülh və təhlükəsizliyə təhdid" adı altında keçirilən sessiyasında çıxış edib. O, qeyd edib ki, Rusiya Ukraynaya qarşı hücuma hazırlaşır.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət katibi çıxışında ABŞ-ın niyyətinin Rusiyanın iddia etdiyi kimi müharibəyə başlamaq deyil, onu dayandırmaqdan ibarət olduğunu deyib: “Mən bu gün müharibəyə başlamaq üçün deyil, müharibənin qarşısını almaq üçün buradayam. Məqsədimiz vəziyyətin ağırlığını çatdırmaqdır".

Blinken deyib ki, sübutlar Rusiyanın Ukraynaya yaxınlaşan hücumuna doğru irəlilədiyini göstərir. O, Moskvanın təxminən 150 000 əsgərini Ukrayna ilə sərhədlərdən uzaqlaşdırması ilə bağlı iddialarını münasibət bildirib: “Rusiya bu qüvvələri geri çəkdiyini deyir. Biz bunun heç yerdə baş verdiyini görmürük. Məlumatlarımız açıq şəkildə göstərir ki, quru qoşunları, təyyarə gəmiləri də daxil olmaqla, bu qüvvələr yaxın günlərdə Ukraynaya qarşı hücuma hazırlaşır. Hadisələrin necə olacağını bilmirik”.

Dövlət katibi beynəlxalq ictimayyətə müraciət edib: “Böhran birbaşa olaraq BMT Təhlükəsizlik Şurasının hər üzvünə və dünyanın hər bir ölkəsinə təsir edir. Çünki sülh və təhlükəsizliyi təmin edən əsas prinsiplər prinsiplər təhlükə altındadır”.

O, Rusiyanın məsələni sülh solu ilə həllinə çağırıb.

0