“Azovstal”dakı döyüşçülər belə təslim oldular - VİDEO

19:26 / 17.05.2022
1024

Mariupoldakı "Azovstal" zavodunda iki aydan çoxdur mühasirə vəziyyətində Rusiyaya qarşı mübarizə aparan ukraynalı hərbçilərin təslim olma görüntüləri yayımlanıb.

Hit.Az Axar.az-a istinadən xəbər verir ki, video Ukrayna Teleqram kanallarında paylaşılıb.

Qeyd edək ki, dünən Mariupoldakı "Azovstal" zavodunda olan ukraynalı yaralı hərbçilərin təxliyəsinə başlanılıb. Zavodun ərazisindəki 53 yaralı müalicə üçün separatçıların nəzarətində olan Novoazovsk şəhərindəki xəstəxanaya aparılıb. Məlumata görə, 200-ə yaxın ukraynalı hərbçi isə təslim olub. Ukrayna tərəfi onların rus əsirlərlə dəyişdiriləcəyini bildirsə də, Rusiyanın buna razılıq verməyəcəyi və "nasistləri" məhkəmə qarşısına çıxaracağı haqda informasiya yayılıb.

0