2500 illik sevgi mesajı - Makedoniyalı İsgəndərin yunan generalının məzarı açıldı

13:57 / 15.01.2023
1156

2020-ci ildə təməli qoyulan İznik Arxeologiya Muzeyinin tikintisi başa çatıb.

Muzey 5 min illik tarixi özündə əks  etdirir.

 Qısa zamanda rəsmi açılış mərasimi baş tutacaq və memarlıq quruluşu ilə Avropanın ən əhəmiyyətli muzeyləri sırasına daxil olmağa namizəd olan yeni muzey Neolit ​​dövründən bu yana bütün tarixlərə şahidlik edir.

Roma dövrünə aid bir mərmər oyun taxtasının da olduğu yeni muzeydə döyüşçü, yunan qəhrəmanı Akhileus Sarkofaq, Tanrılar Türbəsi, Makedoniyalı İskəndərin generalı Antiqonosun və zadəgan ailələrinin sarkofaqları var.

Yeni açılan arxeoloji muzeyin ən diqqətçəkən əsəri Makedoniyalı İskəndərin generallarından Antiqonosa məxsus sarkofaqdır (sarkofaq- qədim xalqlarda daş tabut). Sarkofaqda Roma hərfləri ilə yazılmış emosional mesaj çoxlarını təəccübləndirəcək.

Arxeoloqlar tərəfindən tərcümə edilən 2500 illik tarixi olan mesajda aşağıdakı ifadələr yer alır:

“Mən kədərlənirəm Arete, bütün varlığımla Antiqonosun məzarı başından səslənirəm. Kədərdən saçlarımı yoluram, ağlayaraq hisslərimi göstərirəm. Bu bədbəxtlik, bu ölüm, bu möhtərəm insanı azad, məni əsir etdi” sözləri yazılıb.//Musavat.com 

0