İrəvanda gecə klubunda əlbəyaxa dava düşüb, iki hərbçi yaralanıb

DÜNYA
13:09 / 29.03.2023
596
İrəvanda “Music hall” adlı gecə klubunda martın 29-da ziyarətçilərlə mühafizəçilər arasında mübahisə zəminində düşən əlbəyaxa dava-dalaş nəticəsində Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli iki zabiti də yaralanıb. Hit.az xəbər verir ki, bu barədə “Shamshyan” məlumat yayıb. Bildirilib ki, yaralananların hər ikisi Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin zabitləridir. Onlardan birinin adı açıqlanıb. Bu, Hərbi Polisin İrəvan qarnizonunun cinayət-axtarış bölməsinin rəisi, 36 yaşlı Qriqori Ovannisyandır. Məlumata görə, hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hospitala yerləşdirilib. Hadisə ilə bağlı cinayət işi başlanılıb.
0