Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etməlidirmi? - Ruslardan şok cavab

16:36 / 15.05.2023
464

Rusiya Federasiyası vətəndaşları arasında nüvə silahından istifadəyə münasibətlə bağlı sorğu keçirilib. Respondentlərin demək olar ki, 1/3-i hesab edir ki, Kreml “lazım gələrsə” Ukraynaya qarşı bu tip silahlardan istifadə etməlidir.

HİT.az xəbər verir ki, “Levada Mərkəz"in sorğusuna əsasən, bu ehtimalı hesab edən rusiyalıların əksəriyyəti 25-39 yaşlı (34%) və Rusiyanın yanlış inkişaf yolu ilə getdiyinə inananlardır.

Eyni zamanda, rusların 29%-i Ukraynaya qarşı nüvə silahından istifadə etməyi haqlı sayır. 56%-i isə bu silah növündən istifadənin əleyhinə olub, çünki onların fikrincə, buna haqq qazandırmaq olmaz.

Sorğuda 1623 nəfərin iştirak etdiyi qeyd olunur. Sorğu 20-26 aprel 2023-cü il tarixləri arasında aparılıb.

Qeyd edək ki, Kreml və rus təbliğatçıları dəfələrlə həm Ukraynaya, həm də Qərb ölkələrinə qarşı nüvə silahından istifadə hədələrinə əl atıblar. Xüsusilə, nüvə zərbəsi endirmək təhdidləri sonuncu dəfə Kremldən pilotsuz təyyarə hücumundan sonra eşidilib.

Samir

0