İcra məmurlarının sifarişi əsasında hərraca çıxarılan 750 əyar qızıldan hazırlanan 20,22 qram qızıl üzüyün minimum satış qiyməti 2 550 manat müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, hərrac vasitəsilə satışa çıxarılan bu üzüyün bir qramı alıcılara orta hesabla 126 manata təklif olunur.
Qeyd edək ki, açıqlanan rəsmi məlumata görə pərakəndə satış mağazalarında 750 əyarlı qızıl üzüyün bir qramının satış qiyməti 213 manata bərabərdir.
Bu məlumatlardan da göründüyü kimi, mağazalarda 4300 manatdan baha olan qızıl üzüyü icra məmurları 2 550 manatdan satışa çıxarıblar.


