PKK-nın seçkiqabağı fəallaşmasının arxasında nə dayanır?

DÜNYA
16:15 / 17.05.2023
984

PKK yenidən Türkiyədə fəallaşıb. Belə ki, qardaş ölkənin Şırnak bölgəsində Türkiyə Silahlı Qüvvələri ilə terrorçular arasında atışma olub. Təəssüf ki, atışma nəticəsində 5 hərbçi şəhid olub.

Görünən odur ki, Türkiyədəki prezident seçkilərinin ikinci tura qalmasının ardından terrorçular yenidən fəallaşıblar. Onlar, hər zaman olduğu kimi öz çirkin niyyətlərini həyata keçirmək və vətəndaşlar arasında qorxu yaratmaq üçün silaha əl atmaq ənənələrini davam etdirirlər.

Ümumiyyətlə, seçkiqabağı terrorçuların yenidən aktivləşməsinin əsas səbəbi nədir?

Bununla bağlı HİT.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Türkiyədə seçkilərin ikinci tura qalması artıq təxribatçı qüvvələri hərəkətə gətirib:

Ermənistanın növbəti hərbi təxribatı nəyə hesablanıb? – CANLI YAYIM -  YouTube

"Terror qruplaşmalarının təxribatları birbaşa Türkiyədə ictimai asayişi pozmaq, siyasi sabitliyə xələl gətirmək və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi nüfuzuna zərbə vurmaq məqsədi daşıyır. Görünən odur ki, Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətinin uğurlu anti-terror tədbirləri nəticəsində sərhədlərin təhlükəsizliyinin təmin edilməsi bəzi qüvvələri narahat etməkdədir. Bu amil Ərdoğanın seçkilərin ilk turunda üstünlük əldə etməsinə təkan verən faktorlardandır. Lakin bu kimi təxribatları heç bir zaman Türkiyəni haqq yolundan çəkindirməyib və sabitliyini pozmayıb. Əksinə, güclü hakimiyyət, güclü ordu və xalq amili bu kimi təhlükələrin öhdəsindən uğurla gəlməyə kömək edib".

Pərviz

0