6 il əvvəl qaçırılan qız tapıldı - FOTO

DÜNYA
17:24 / 17.05.2023
405

2017-ci ildə ABŞ-da anası tərəfindən qaçırılan və o zaman televiziya proqramlarına mövzu olan 9 yaşlı Kayla Unbehaun 6 il sonra tapılıb.

HİT.az xəbər veirr ki, hazırda 15 yaşı olan qızın vəziyyətinin yaxşı olduğu bildirilir.

ABŞ məhkəməsi 2017-ci ildə Kaylanın qəyyumluğunu atası Rayana verib, lakin anası Hizer Kaylanı onu qaçırıb. Medianın diqqətindən sonra Kayla haqqında televiziya proqramı hazırlanıb, lakin balaca qızın tapılmasına olan ümidlər özünü doğrultmayıb.

ABŞ-dakı İtkin və İstismar Edilən Uşaqlar üçün Milli Mərkəz (NCMEC) dünən 6 ildir itkin düşmüş Kaylanın tapıldığını elan edib: “NCMEC Kayla Unbehaunun Şimali Karolinada təhlükəsizlik olduğunu bölüşməkdən məmnundur. Kayla 5 iyul 2017-ci ildə İllinoys ştatının Cənubi Elgin şəhərindən anası Hizer Unbehaun tərəfindən qaçırılanda cəmi 9 yaşında idi".

Polis, Kaylanın anasının mağazada bir işçi tərəfindən tanındığını və müəyyən edildiyini qeyd edərək, oxşar itkin olaylarından bir insanın tapılmasının son dərəcə nadir hadisə olduğunu vurğulayıb.

Kaylanın onu tapması üçün sosial media səhifəsi yaradan və zamanla kiçik qızın köhnə fotolarının eskizlərini çəkən Rayan ata “Kaylanın evdə təhlükəsiz olmasına çox şadam. Cənubi Elgin Polis İdarəsinə, NVMEC-ə və bu işində kömək edən bütün hüquq-mühafizə orqanlarına təşəkkür etmək istəyirəm. Mən həmçinin hekayəni canlı saxlamağa və maarifləndirməyə kömək edən “Kaylanı evə gətir” "Facebook" səhifəsinin bütün izləyicilərinə təşəkkür etmək istəyirəm", deyib.

Samir

0