Matt Damon: Afflek uşaqları ilə daha çox vaxt keçirə bilmək üçün prodüser oldu

DÜNYA
17:42 / 06.11.2026
36

Hollivud aktyoru Mett Deymon yaxın dostu və həmkarı Ben Afflekin ailəsinə daha çox vaxt ayırmaq məqsədilə karyerasında müəyyən güzəştlərə getdiyini açıqlayıb.

HİT.az xəbər verir ki, Deymon bu barədə “GQ” jurnalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Afflek uşaqları ilə daha çox vaxt keçirə bilmək üçün bir çox film təklifini rədd edib. O, eyni zamanda, dostu ilə birlikdə təsis etdiyi “Artists Equity” prodüser şirkətində rəhbər vəzifə tutmaq istəyib. Bu seçim ona Los-Ancelesdə qalmağa və uşaqlarının yanında olmağa imkan verib.

Deymon bildirib ki, Afflek keçmiş həyat yoldaşı Cennifer Qarnerlə uşaqlarına birgə qəyyumluq edir və vaxtının yarısını övladları ilə keçirməlidir. Buna görə də aktyor xaricdə, məsələn, Estoniyada uzunmüddətli çəkilişlərdə iştirak etməyin onun uşaqları ilə keçirməli olduğu vaxtdan məhrum edəcəyini düşünüb.

Mett Deymon özü də karyera ilə ailə həyatı arasında tarazlığı qorumağa çalışır. Aktyorun həyat yoldaşı Lusiana ilə razılaşdığı “iki həftə qaydası”na əsasən, o, işlə əlaqədar evdən iki həftədən artıq uzaqda qalmamağa çalışır.

Bununla belə, Kristofer Nolanın “Odisseya” filmi üçün çəkilişlər zamanı bu qaydanı pozmalı olub. Deymon bildirib ki, filmin ilkin çəkiliş mərhələsində evdən üç həftə yarım uzaqda qalıb. Dörd qız atası olan aktyor ailəsinə vaxt ayırmağın onun üçün vacib olduğunu vurğulayıb.

Samir
 

0