ABŞ-da mənzil problemi: Bu ştatda evsizlərin sayı 48 faiz artıb

19:57 / 24.05.2023
240

ABŞ-ın Nyu Meksiko ştatında kirayə haqqı artmağa davam edərkən, evsizlərin sayının yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz artdığı bildirilir.

HİT.az xəbər verir ki, ABŞ-ın Mənzil və Şəhər İnkişafı Departamenti tərəfindən açıqlanan hesabatda 2023-cü ilin yanvarında ştatda bir gecədə aparılan sorğu təxminən 3,850 insanın küçələrdə yaşadığını göstərib.

Başda Albuquerque şəhəri olmaqla əyalət daxilində evsizlərin sayının 2022-ci ilin eyni dövrü ilə müqayisədə 48 faiz artdığı bildirilir.

Nyu Meksiko ştatının qubernatoru Mişel Lujan Qrişam evsizlik problemini azaltmaq və əlverişli mənzilləri artırmaq üçün 84 milyon dollarlıq büdcəyə sahib olduqlarını və bu problemlərin aradan qaldırılması üçün investisiya planının hazırlandığını qeyd edib.

Nyu Meksiko İpoteka Maliyyə Administrasiyasının baş icraçı direktoru İsidoro Hernandez bildirib ki, 4300 bina tikilməkdədir.

ABŞ Mənzil və Şəhər İnkişafı Departamentinin 2022-ci il məlumatlarına görə, ölkə daxilində təxminən 582.000 insan küçələrdə yaşayır. Xüsusilə Kaliforniya, Vermont və Oreqon evsizlərin ən çox olduğu ştatlar kimi tanınır.

Samir

0