\"Vaqner\"in rəhbəri şok faktlar açıqladı: \"Ukrayna ordusu dünyanın ən güclü ordularından biridir\"

22:18 / 24.05.2023
311

Rusiyanın “Vaqner” hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojin bildirib ki, Ukrayna ordusu dünyanın ən güclü ordusundan biridir.

HİT.az xəbər verir ki, Priqojin "Telegram" kanalına verdiyi müsahibədə son vəziyyəti və Ukraynanın Baxmut şəhərinin "Vaqner" muzdlu döyüşçüləri tərəfindən idarə olunmasının təfərrüatlarını açıqlayıb.

Baxmutun tamamilə "Vaqner" döyüşçülərinin nəzarətində olduğunu bildirən Priqojin iyunun 1-dək Rusiya Müdafiə Nazirliyinin nəzarəti altında olan şəhəri tərk edəcəklərini deyib. Priqojin "Baxmutu götürdük, qələbə qazandıq" deyib.

Ukraynadakı “xüsusi hərbi əməliyyatı” tənqid edən Priqojin bildirib ki, neonasistlərin axtarışı üçün Ukraynaya kobud hərbi giriş edilib. Rus ordusunun Kiyev və Xersonda müvəffəqiyyətsiz şəkildə geri çəkildiyini bildirən Priqojin, Liman və İzyumda müvəffəqiyyət qazana bilməyəcəklərinə diqqət çəkib.

Priqojin "Ukraynanı nasizm və militarizmdən təmizləmək üçün xüsusi hərbi əməliyyat keçirilir. Amma biz ukraynalını dünyada çox məşhur bir millət etdik. Ukraynanı qanuniləşdirdik. Ukrayna hər yerdə tanınan bir ölkəyə çevrildi. Demilitarizasiyaya gəlincə, Ukraynanın 500 tankı var idisə, indi 5 min tankı var. 20 min adam döyüşməyi bilirdi, indi 400 min adam döyüşməyi bilir. Bu necə silahsızlaşdırmaqdır", deyib.

"Vaqner"in dünyanın ən yaxşı ordusu olduğunu iddia edən Priqojin "Ancaq Rusiya ordusu dünyanın "Vaqner"dən sonra ən yaxşısıdır, daha doğrusu, Ukrayna ordusu ən güclü ordulardan biridir. Hazırlıq, kəşfiyyat və fərqli silahlar baxımından çox yüksək təşkilat quruluşuna malikdirlər", deyə qeyd edib.

Baxmut əməliyyatında rus ordusu tərəfindən onlara kifayət qədər sursat verilmədiyini iddia edən Priqojin buna baxmayaraq, vəzifələrini yerinə yetirdiklərini bildirib.

Sovet İttifaqı dövründə Əfqanıstan müharibəsində Baxmutla müqayisədə daha az əsgər itkisi olduğunu dilə gətirən Priqojin bu cəbhədəki döyüşlərdə 35 min döyüşçünün iştirak etdiyini bildirib. Əməliyyat zamanı 50 min məhbusu işə cəlb etdiklərini qeyd edən "Vaqner" rəhbəri onların 20 faizinin öldüyünü deyib. Priqojin "Ukrayna Silahlı Qüvvələrindən 50 min insanı zərərsizləşdirmişik, 50-70 min yaralı var. Mənim itkim üç dəfə, yaralı döyüşçülərim iki dəfə azdır", deyib.

Samir

0