İlon Mask vitse-prezident olacaq?

DÜNYA
10:42 / 25.05.2023
336

"Twitter", "Space X" və "Tesla" şirkətlərinin sahibi İlon Maskla bağlı sürpriz bir iddia ortaya atılıb.

HİT.az xəbər verir ki, amerikalı milyarderin siyasətə qatılmaq istədiyi önə sürülüb.

Belə ki, Floridanın qubernatoru Ron Desantis ABŞ Prezidentliyinə namizəd olduğunu açıqlayıb. Onun vitse-prezident vəzifəsinə isə İlon Maskı gətirəcəyi deyilir. Üstəlik, Desantis və Maskın tez-tez bir araya gəlməsi də diqqətlərdən yayınmır. 

Bəs İlon Mask ABŞ-ın vitse-prezidenti ola bilər?

ABŞ Konstitusiyana görə Mask bu vəzifəyə gətirilə bilməz. Çünki qanun sadəcə ABŞ vətəndaşı kimi doğulanların prezident seçilə biləcəyini nəzərdə tutur. Belə ki, Konstitusiyanın 5-ci maddəsinin 1-ci bölməsinin 5-ci bəndi sözügedən qanunu özündə ehtiva edir. 

İlon Mask isə Cənubi Afrikanın Pretoriya şəhərində dünyaya gəlib. Bu isə onun vitse-prezident olmasına mane olur. Çünki seçilmiş prezident ölsə və ya istefa versə, vitse-prezident prezident olacaq. Mask ABŞ vətəndaşı olaraq doğulmaması onun vitse-prezident olmağını əngəlləyir.

Pərviz

0