Aİ Rusiyanın dondurulmuş 200 milyardı ilə bağlı hansı qərarı verəcək?

13:55 / 25.05.2023
260

Avropa İttifaqı rəsmiləri Rusiyanın qlobal maliyyə bazarlarında ilişib qalmış milyardlarla avroluq aktivlərindən əldə olunan gəlirin Ukraynaya ötürülməsi imkanlarını müzakirə edir.

HİT.az xəbər verir ki, bu barədəı “Financial Times” mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, müvafiq iclas mayın 24-də keçirilib. Rəsmilər Rusiyanın "Euroclear"dakı aktivlərindən əldə edilən faizlərin Ukraynaya köçürülməsi variantlarını nəzərdən keçirir. Bu, aktivlərin özlərinin özgəninkiləşdirilməsinə gətirib çıxarmayacaq, amma yenə də Qərbin Rusiya Federasiyasına maliyyə təzyiqini artıracaq.

Belçika hökumətinin məlumatına görə, sanksiyalar nəticəsində "Euroclear"da Rusiyanın 196,6 milyard avro dəyərində aktivləri dondurulub ki, bunun da 180 milyard avrosu Rusiya Federasiyasının Mərkəzi Bankının aktivləridir. "Euroclear" bu vəsaitləri yenidən investisiya edəcək və Aİ hökumət rəsmiləri əldə olunan vəsaiti Ukraynaya göndərməyi planlaşdırır.

Bəzi rəsmilərin fikrincə, bu prinsip dondurulmuş Rusiya aktivlərinin daha geniş spektrinə, o cümlədən Lüksemburqun "Clearstream" hesablaşma şirkətində ilişib qalmış aktivlərinə tətbiq oluna bilər. “Maliyyə qurumları özləri də bu pulla nə edəcəklərini bilmirlər” və Ukraynaya yardım üçün köçürmələri onlar üçün perspektivli görünür.

Hazırda bu qərarın hüquqi nəticələrinə ehtiyac var. Xüsusilə, belə bir addım maliyyə bazarlarına təsir edə biləcəyi üçün daha geniş beynəlxalq dəstək tələb edə bilər.

Mənbəyə görə, Aİ daha çox pul toplamaq üçün aktiv mənfəətin idarə edilməsini də nəzərdən keçirir, lakin bu addım "Euroclear" üçün hüquqi təsir göstərə bilər. Hazırda "Euroclear"ın rolunu qorumaq və Ukraynaya pul köçürmək arasında balans tapmaq lazımdır.

Samir

0