Ukraynada nə qədər ərazi minalanıb? - 81 milyon insanı qidalandırmaq olardı

DÜNYA
19:31 / 25.05.2023
376

Hazırda 81 milyon insan üçün ərzaq yetişdirmək mümkün olan Ukrayna ərazilərinin 30%-i potensial olaraq partlayıcı maddələrlə çirklənib.

Poliqon xəbər verir ki, bunu Avstriyanın paytaxtında ATƏT Daimi Şurasının iclası zamanı Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Yevgeni Tsimbalyuk deyib.

"Ukraynada əkin kampaniyası davam edir. Lakin ukraynalı fermerlər üçün əsas problem hava və ya iqlim dəyişikliyi deyil, mina təhlükəsidir. Rusiyanın yaratdığı təhlükə. Bu gün Ukrayna ərazisinin təxminən 30%-i potensial olaraq çirklənib. Bu ərazilər 81 milyon insanı ərzaqla təmin etməyə qadirdir”, deyə Tsimbalyuk bildirib.

O əlavə edib ki, 110 min hektar ərazi tədqiq edilib və 600 mindən çox partlayıcı obyekt aşkarlanıb:

"Ona görə də minatəmizləmə və bərpa işləri əsas prioritetlərimizdən biri kimi müəyyən edilib. Ukrayna bu prosesi sürətləndirmək üçün vəsait, texnika və texnologiya cəlb etməkdə çox maraqlıdır. Problemin miqyasını nəzərə alsaq, neytral və ya neytral olmayan hər bir dövlət kömək edə bilər. İcmalara, xüsusən də cəbhəyanı ərazilərə həyat qaytarın. Bundan əlavə, tarlaların təmizlənməsi qlobal ərzaq təhlükəsizliyinə də töhfə verəcək”, deyə deyə Tsimbalyuk vurğulayıb.

Samir

0