"Bizim kimi ölkələr sanksiyalarla hədələnirlər" - Prezident

DÜNYA
20:50 / 25.05.2023
443

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosa ölkəsinin Ukraynadakı müharibə ilə bağlı mövqeyini şərh edib. 

HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, dövlət başçısı rəsmi Keyptaunun bloklara qoşulmamağa cəzalarla üzləşsə belə, münaqişəyə cəlb olunmayacağını bildirib.

"Bəzi ölkələr, o cümlədən bizim ölkələr müstəqil xarici siyasət yürütdüklərinə və bloklara qoşulmadıqlarına görə sanksiyalarla hədələnirlər",  deyə Ramafosa Yohannesburqda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Cənubi Afrika "münaqişələrin yarandığı yerdə sülh yolu ilə həllinə” riayət edir.

Qeyd edək ki, mayın 11-də ABŞ-ın Cənubi Afrikadakı səfiri Ruben Brigeti Keyptaunu Moskva ilə silah alverində ittiham edib. Öz növbəsində Siril Ramafosa bildirib ki, CAR “Rusiya Federasiyasını digər ölkələrdən üstün tutmur”. O qeyd edib ki, CAR, Misir, Konqo, Uqanda, Seneqal və Zambiya nümayəndələrinin daxil olduğu nümayəndə heyəti “sülh planı” ilə Ukrayna və Rusiyaya səfər etmək niyyətindədir.

Samir

0