Rusiya ən çox qızılı hansı ölkəyə satıb?

22:18 / 25.05.2023
328

Qərb sanksiyaları Rusiyanın ənənəvi ixrac marşrutlarını kəsdikdən sonra Birləşmiş Ərəb Əmirlikləri bu ölkə üçün qızıl ticarətində əsas mərkəzə çevrilib.

HİT.az xəbər verir ki, "Reuters"in Rusiya gömrük orqanlarına istinadən verdiyi məlumata görə, Ukraynada müharibə başlayandan bir il ərzində Əmirliklər 4,3 milyard dollar dəyərində 75,7 ton Rusiya qızılı idxal edib və bu 2021-ci ildə 1,3 ton olub.

Qeyd olunur ki, 24 fevral 2022-ci ildən 3 mart 2023-cü il tarixədək növbəti ən böyük istiqamətlər hər biri təxminən 20 ton qızıl idxal edən Çin və Türkiyə olub. 

Bu arada, kommersiya tədarükçüsü tərəfindən "Reuters"ə verilən gömrük məlumatları 24 fevral 2022-ci il və bu ilin 3 mart tarixləri arasında 116,3 ton ixrac göstərli. Baxmayaraq ki, "Metals Focus" Rusiyanın 2022-ci ildə 325 ton qızıl hasil etdiyini təxmin edir.

“Rusiyada hasil edilən qızılın qalan hissəsi çox güman ki, ya ölkədə qalıb, ya da hesabatlarda əks olunmayan əməliyyatlarda ixrac edilib”, deyə agentlik qeyd edir.

Samir

0