\"İran yeni radar və PAU-lar təqdim edəcək\" - General

18:20 / 25.05.2023
291

İran quru qüvvələrinin hava hücumundan müdafiə qüvvələri yaxın vaxtlarda radar və pilotsuz təyyarələrin təqdimatını keçirəcək.

HİT.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun hava hücumundan müdafiə qüvvələri komandanının müavini, briqada generalı Əlirza Elhami bildirib.

“Yaxın vaxtlarda biz quru qoşunlarının hava hücumundan müdafiə sistemlərinin müxtəlif radar, raket və pilotsuz silahlarının təqdimatını görəcəyik”, deyə Elhami bildirib.

İranın hava hücumundan müdafiə komandanı müavini qeyd edib ki, önləyici sistemlərin modernləşdirilməsi sahəsində konstruktiv tədbirlər görülüb və bu da ölkənin müdafiə qabiliyyətini, çəkindirmə gücünü daha da artıracaq.

Bundan əvvəl xəbər verilmişdi ki, İran Müdafiə Nazirliyi “Xeybar” adlı, əvvəlki raket modellərinin təkmilləşdirilməsi olan ən son uzaqmənzilli strateji ballistik raketini təqdim edib.

Samir

1