"Rusiya Ukrayna səmasında üstünlük əldə edə bilmədi" - ABŞ-ın müdafiə naziri

DÜNYA
22:39 / 25.05.2023
424

"Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiya Ukrayna səmasında dominant üstünlük əldə edə bilmədi".

HİT.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Müdafiə üzrə Təmas Qrupunun onlayn formatında keçirilən görüşün əvvəlində bildirib.

"Biz Ukraynaya səmanı qorumağa kömək edirik və geri çəkilməyəcəyik. Rusiya Ukraynanın hava məkanında hökmranlıq edə bilməyib",  deyən Ostin bildirib ki, bugünkü müzakirələrdə əsas diqqətin Ukraynanın zenit sisteminin imkanlarının gücləndirilməsi olacaq.

Onun sözlərinə görə, hazırda Ukraynaya göstərilən ən mühüm yardım yerüstü hava hücumundan müdafiə sistemləri və müvafiq sursatlardır.

"Putin ümid edirdi ki, bizim qətiyyətimiz yox olacaq. O, birliyimizin parçalanacağına ümid edirdi. Əvəzində biz əvvəlkindən daha sıx birlik oldur", deyə Ostin vurğulayıb.

Müdafiə naziri qeyd edib ki, hazırda Ukraynanın müdafiəsi üçün ABŞ, Almaniya və Hollandiya tərəfindən verilən "Patriot" hava hücumundan müdafiə sistemləri var: "Ukraynalılar rus raketlərini dəqiq və bacarıqla vururlar. "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemləri insanların həyatını xilas edir".

Qeyd edək ki, mayın 25-də Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun bu dəfə onlayn formatda növbəti iclası keçiriləcək. Təmas Qrupunu Ukraynanın gələcək mübarizədə prioritet ehtiyacları ilə tanış etmək üçün görüşə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov qatılıb.

Bundan əlavə, görüş zamanı ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı və Ukraynanın Təhlükəsizliyə Dəstək Qrupunun komandirlərinin Ukraynanın qısamüddətli ehtiyacları barədə hesabat verəcəyi gözlənilir. Sənaye istehsalının daha da sürətləndirilməsi yolları da müzakirə olunacaq.

Samir

0