Çin Ukraynadakı müharibənin səbəbini açıqladı

20:28 / 26.05.2023
333

Ukraynadakı müharibənin səbəbi Avropada “təhlükəsizliyin idarə olunması ilə bağlı problemlər” olub. 

HİT.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq brifinqdə bildirib.

"Ukrayna böhranı qarşısını almaq mümkün olan faciədir. Lakin o, indiki vəziyyətə gəlib çatıb. Bütün tərəflərin ciddi şəkildə düşünməli olduğu ağrılı dərslər var. Ukrayna böhranı, əslində, mövcud problemlərin təzahürüdür. Avropanın təhlükəsizliyinin idarə olunmasına görə yığılıb qalıb", deyə o bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Pekin həmişə məsələnin mahiyyətindən çıxış edərək “öz müstəqil qərarını” verir.

"Biz qətiyyətlə sülh və dialoqun, tarixin doğru tərəfindəyik. Biz sülh danışıqlarının təşviqinə sadiq olmuşuq və sadiq qalacağıq. Ukrayna böhranının siyasi həlli üçün konstruktiv rol oynamağa davam etmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırıq. ”, dyə Mao Ninq bildirib.

Samir

0