İmran Xan Pakistanı tərk edəcək? - AÇIQLAMA

DÜNYA
18:24 / 26.05.2023
295

Müxalifət lideri, Pakistanın keçmiş baş naziri İmran Xan rəhbərlik etdiyi Tehreek-e-Insaf partiyasının ölkədən çıxışı qadağan edilən siyasətçilərin siyahısında idi, lakin o, getməyi planlaşdırmadığını deyib.

HİT.az xəvər verir ki, bu barədə "GeoNews" məlumat yayıb.

Məlumata görə, bəzi Tehreek-e-Insaf liderləri son üç gün ərzində Pakistanı tərk etməyə cəhd ediblər və onlar hava limanlarında saxlanılıblar.

“The Nation” xəbər verir ki, hakim koalisiya Pakistan Xalq Partiyasının lideri Faisal Kərim Kundi İmran Xanın tezliklə ABŞ-a siyasi sığınacaq üçün müraciət edəcəyini bildirib.

"Mənbələrim mənə İmran Xanın tezliklə Amerikadan siyasi sığınacaq üçün müraciət edəcəyini dedi", deyə Kundi bildirib.

Xatırladaq ki, qadağaya səbəb mayın 9-da Pakistanda baş verən və 10-a yaxın insanın həyatına son qoyan iğtişaşlarda iştirakda şübhəli bilinməsi olub. İmran Xan tərəfindən saxlanıldıqdan sonra iğtişaşlar başlayıb, lakin o, tezliklə zaminə buraxılıb.

Samir

0